"DARPA"-nın "Yerin MRT-si" layihəsi nədir?
ABŞ-ın "DARPA" (Müdafiə Qabaqcıl Araşdırma Layihələri Agentliyi) təşkilatı "Novel Radio Frequency Sensing Technologies" adlı yeni layihəyə start verib. Bu layihənin əsas məqsədi təyyarələrin 12 kilometr yüksəklikdən yerin altındakı metal yataqlarını, kritik mineralları və geoloji strukturları 3D formatında görüntüləyə bilən sistemin yaradılmasıdır. Agentlik bu texnologiyanı şərti olaraq "Yerin MRT-si" adlandırır.
Texniki çətinliklər və tələblər nələrdir?
Sistemin 740 km/saat sürətlə hərəkət edən hava platformalarında effektiv işləməsi tələb olunur. Yüksəkliyin 3 kilometrdən 12 kilometrə qədər artırılması siqnal gücünün 256 dəfə artırılmasını tələb edir ki, bu da ciddi fiziki və mühəndislik çətinlikləri yaradır. "DARPA"-nın tələbinə görə, gələcək kompleks kilovatt sinifli radio-tezlik gücləndiricisi, aerodinamik yüklərə davamlı antena və bortda yüksək sürətli emal sistemləri ilə təchiz olunmalıdır.
Layihənin icra müddəti və məqsədi
Agentlik layihə üçün olduqca qısa müddət təyin edib: 15 ay ərzində prototipin ilk uçuş sınaqları keçirilməli, 18 ayın sonunda isə tam 3D görüntülər əldə edilməlidir. Rəsmi olaraq layihə kritik mineralların kəşfiyyatı üçün nəzərdə tutulsa da, mütəxəssislər bu texnologiyanın gələcəkdə hərbi məqsədlər üçün də istifadə oluna biləcəyini istisna etmirlər. Hazırda "DARPA" bu sistemi reallığa çevirə biləcək təcrübəli podratçı şirkətləri axtarır.






