NASA, tarixi 'Artemis II' missiyası ilə bağlı genişmiqyaslı məlumat bazasını istifadəçilərin ixtiyarına verib. 'Artemis II: Sights & Sounds of Science' platformasında yerləşdirilən arxiv 800 QB-dan çox elmi məlumatı, o cümlədən 11 mindən çox foto və video materialı əhatə edir. Bu kolleksiyaya həmçinin 8,5 saatdan çox audioyazı və ekipaj üzvləri tərəfindən şərh edilmiş görüntülər daxildir.
Arxivin ən maraqlı hissələrindən biri 'Artemis II' komandasının Ayın qaranlıq tərəfində müşahidə etdiyi 'zərbə parıltıları' (impact flashes) ilə bağlı yerüstü idarəetmə mərkəzinə ötürdüyü görüntülərdir. Mütəxəssislərin fikrincə, bu parıltılar insan gözü ilə müşahidə edilən ən zəif hadisələrdən biri ola bilər. Videolarda ekipajın bu kəşf zamanı yaşadığı həyəcan və peşəkar yanaşma aydın şəkildə əks olunub.
Məlumat bazası ilə yanaşı, NASA missiyanın elmi nəticələrini izah edən üç əsas sənədi də təqdim edib. Bura 'Artemis II Preliminary Lunar Science Report', 'Artemis II Lunar Science Operations Report' və məlumatlardan istifadə üçün təlimat bələdçisi daxildir. Bu sənədlər toplanmış xam məlumatların daha dərindən təhlil edilməsinə imkan yaradır.






