Xiaomi 17T və 17T Pro modelləri performans odaklı xüsusiyyətləri ilə diqqət çəkir. 17T modeli 6500 mAh, 17T Pro isə 7000 mAh tutumlu silikon-karbon batareya ilə təchiz edilib. Bu, şirkətin Çindən kənarda satışa çıxardığı modellər arasında ən yüksək göstəricidir.
Texniki göstəricilər:
- Prosessor: 17T modelində MediaTek Dimensity 8500-Ultra, 17T Pro-da isə Dimensity 9500 çipseti istifadə olunub. Hər iki model 12 GB operativ yaddaşa (RAM) malikdir.
- Ekran: 17T 6,59 düym, 17T Pro isə 6,83 düym ölçüsündə ekrana sahibdir. Pro versiyası həmçinin 144Hz yenilənmə tezliyini, simsiz enerji yığma və 100W sürətli naqilli enerji yığma texnologiyasını dəstəkləyir.
- Kamera: Hər iki smartfon 50 MP əsas kamera, 5x telefoto obyektiv, 12 MP ultra-genişbucaqlı kamera və 32 MP ön kamera ilə təchiz edilib.
Xiaomi 17T modelləri əsas flaqman olan Xiaomi 17-dən daha münasib qiymətə təklif olunur. Avropa bazarında 17T-nin başlanğıc qiyməti 749 avro, 17T Pro-nun qiyməti isə 899 avro təşkil edir.






