İlin ən böyük texnoloji tədbirlərindən biri olan "Apple"-ın WWDC 2026 konfransı 8 iyun tarixində keçiriləcək. Əsas təqdimat mərasimi saat 13:00 ET (Bakı vaxtı ilə gecə saatlarında) başlayacaq və "Apple"-ın rəsmi saytı, eləcə də "YouTube" kanalı vasitəsilə canlı yayımlanacaq.
Hansı yeniliklər gözlənilir?
Tədbirdə iOS, macOS, iPadOS, watchOS, tvOS və visionOS üçün növbəti böyük yenilənmələr təqdim olunacaq. "Apple"-ın "iOS" sisteminə "Google Cast" dəstəyi əlavə etməsi, həmçinin "Wallet" və "Messages" tətbiqlərində hesabın bölünməsi funksiyasının istifadəyə verilməsi gözlənilir.
"Siri" və süni intellekt inteqrasiyası
Bloomberg-dən Mark Gurman-ın məlumatına görə, "Apple" nəhayət ki, "Siri"-nin tamamilə yenilənmiş versiyasını təqdim edəcək. Yeni "Siri"-nin "Gemini" texnologiyası ilə işləyəcəyi, xüsusi tətbiqə sahib olacağı və "Dynamic Island" vasitəsilə yeni interfeyslə çıxış edəcəyi bildirilir. Bundan əlavə, istifadəçilərə "OpenAI"-ın "ChatGPT"-si kimi üçüncü tərəf süni intellekt modellərini seçmək imkanı verilə bilər.
Süni intellektin digər tətbiqlərə təsiri
Süni intellekt imkanları təkcə "Siri" ilə məhdudlaşmayacaq. "Apple"-ın "Camera" tətbiqini vizual intellekt funksiyaları ilə yenidən dizayn edəcəyi, "Apple Health" və "Image Playground" tətbiqlərinə yeni süni intellekt alətləri əlavə edəcəyi gözlənilir. Həmçinin, istifadəçilər süni intellekt vasitəsilə avtomatik divar kağızları yarada biləcəklər.






