Keçmiş Microsoft mühəndisi Raymond Çen, Windows 95 əməliyyat sisteminin arxa planında baş verən maraqlı bir texniki detalı bölüşüb. Məlum olub ki, sistem proqramların quraşdırıcı olub-olmadığını müəyyən etmək üçün heç bir xüsusi metadadan deyil, sadəcə fayl adlarından istifadə edirmiş.
Windows 95, faylın adında "sehrli sözlər" adlanan xüsusi ifadələrin olub-olmadığını yoxlayırdı. Bu siyahıya "setup", "install", "inst", "imposta", "ayarla" və "felrak" kimi sözlər daxil idi. Əgər sistem bu sözlərdən birini aşkar edərsə, həmin faylı avtomatik olaraq quraşdırıcı kimi qəbul edirdi.
Bu yanaşma niyə təhlükəli idi?
Raymond Çen-in sözlərinə görə, bu siyahıdakı bəzi elementlər artıq idi. Məsələn, "install" sözü artıq "inst" daxilində ehtiva olunduğu üçün texniki cəhətdən lazımsız idi. Lakin tərtibatçılar köhnə kodları silmək əvəzinə yeni qaydalar əlavə etməyə üstünlük verirdilər.
Bundan əlavə, əgər fayl adında uyğunluq tapılmazdısa, Windows 95 faylın yerləşdiyi qovluq yolunu da yoxlayırdı. Əgər yolun tərkibində "setup" sözü varsa, sistem yenə də quraşdırma prosesini işə salırdı. Bu yanaşma, əməliyyat sisteminin quraşdırma zamanı sistem fayllarına dəyə biləcək zərərləri minimuma endirmək üçün atdığı bir addım idi.






