Oyun dünyasında hazırda Valve Steam Deck OLED portativ konsollarının qiymətindəki kəskin artım müzakirə olunur. Cihazların dəyəri 300 dollara qədər bahalaşsa da, bu amil satış göstəricilərinə mənfi təsir göstərməyib.
ABŞ bazarında satışa çıxarılan yeni Steam Deck OLED partiyası bir gün ərzində tükənib. Hazırda cihazı Avropa və Şərqi Asiya bazarlarında distribütor Komodo vasitəsilə əldə etmək mümkündür. Stokların yenilənməsi ilə birlikdə konsol yenidən Steam-in ən çox satılan məhsulları siyahısında birinci pilləyə yüksəlib.
Ekspertlər bu ajiotajın cihaz qıtlığı ilə bağlı olduğunu ehtimal edirlər. Yaddaş çipləri və digər kompüter komponentlərindəki çatışmazlıqlar fonunda, gələcəkdə Steam Deck-in qiymətində yeni artımların olması istisna edilmir.






