“Ubisoft” şirkəti tərəfindən hazırlanan və oyunçular tərəfindən maraqla gözlənilən “Assassin’s Creed Black Flag Resynced” layihəsi kommersiya baxımından böyük uğur qazanıb. “Alinea Analytics” agentliyinin məlumatına görə, oyunun “Steam” platformasındakı ilkin sifarişləri “Assassin’s Creed Shadows” göstəricilərini 5,8 dəfə üstələyib və “Skull and Bones” oyununun ümumi satışlarını geridə qoyub.
Nə üçün işçilər ixtisar edildi?
Uğurlu nəticələrə rəğmən, “Ubisoft” rəhbərliyi “Ubisoft Barcelona” studiyasının “Assassin’s Creed” komandasını ləğv etmək qərarına gəlib. 10 iyun tarixində elan edilən qərar nəticəsində 51 əməkdaş işini itirib. Məlum olub ki, komanda ötən ilin yayından bəri yeni bir layihə ilə təmin olunmayıb, bu da ixtisarların əsas səbəbi kimi göstərilir.
Etirazlar və oyunun gələcəyi
İxtisarlara cavab olaraq, “Ubisoft Barcelona” işçiləri 30 iyun - 16 iyul tarixləri arasında altı mərhələdən ibarət etiraz aksiyaları təşkil ediblər. Şirkət rəhbərliyi oyunun relizi münasibətilə planlaşdırılan şənliyi ləğv edərək, onu ofis daxilində kiçik bir furşetlə əvəzləyib. 9 iyul tarixində PC, “PS5”, “Xbox Series X” və “S” platformaları üçün çıxan oyun tənqidçilər tərəfindən müsbət qarşılanıb.






