15 ildən çox müddət keçdikdən sonra rejissor David Fincher və ssenarist Aaron Sorkin-in məşhur "The Social Network" filminin davamı olan "The Social Reckoning" üçün ilk treyler yayımlandı. Film 9 oktyabr tarixində kinoteatrlarda nümayiş olunacaq. Yeni ekran əsəri orijinal filmdəki hadisələrdən 17 il sonrakı dövrü əhatə edir və platformanın gizli tərəflərini ifşa etməyə çalışan bir mühəndisin hekayəsindən bəhs edir.
Filmdə baş rolları Jeremy Strong, Mikey Madison və Jeremy Allen White bölüşür. Jeremy Strong yaşlanmış Mark Zuckerberg obrazını canlandıraraq, Meta-nın CEO-sunun səs tonunu və mimikalarını məharətlə təqlid edir. Mikey Madison "Facebook" mühəndisi və ifşaçı Frances Haugen rolunda çıxış edərkən, Jeremy Allen White isə Wall Street Journal-ın müxbiri Jeff Horwitz obrazını oynayır.
Bu film nəyi hədəfləyir?
Orijinal filmdən fərqli olaraq, bu dəfə həm ssenari müəllifi, həm də rejissor kürsüsündə Aaron Sorkin əyləşib. CinemaCon tədbirində çıxış edən Sorkin, yeni filmi "əsl Davud və Qolyot hekayəsi" kimi xarakterizə edib. O, ilk filmin bir tələbənin dünyanı birləşdirən veb-sayt qurmasından bəhs etdiyini, lakin bu dəfə qlobal korporasiyaya çevrilmiş platformanın arxa planındakı dəyişiklikləri göstərməyin vacib olduğunu vurğulayıb.






