Microsoft şirkəti Surface ailəsinin ən güclü noutbuku olan Surface Laptop Ultra modelini təqdim edib. Yeni cihaz Nvidia-nın Arm arxitekturalı prosessoru ilə təchiz olunub.
Microsoft Surface bölməsinin rəhbəri Endryu Hill yeni noutbuku şirkətin indiyədək yaratdığı ən güclü cihaz adlandırıb. Noutbuk ötən ilki DGX Spark mini-PC-lərdə istifadə olunan və Windows 11 üçün optimallaşdırılan Nvidia RTX Spark prosessoru ilə təchiz edilib. Flaqman versiya 20 prosessor nüvəsi, 6144 CUDA nüvəli qrafik prosessor və 128 QB-dək operativ yaddaşla təchiz olunur. Bazaya daxil olan modellərdə isə 16 QB operativ yaddaş nəzərdə tutulub.
Texniki xüsusiyyətlər:
- Ekran: 15 düymlük Mini LED, 262 PPI, 2000 cd/m² pik parlaqlıq.
- Məhsuldarlıq: GeForce RTX 5070 səviyyəsində qrafika və 1 PFLOPS-a qədər süni intellekt hesablamaları.
- Dizayn: Tünd boz və gümüşü rəng variantları, çəkisi 2 kq-dan az.
- İnterfeyslər: USB Type-C, USB Type-A, HDMI, SD-kart yuvası və qulaqlıq girişi.
Cihaz həmçinin Surface seriyasında indiyədək istifadə olunan ən böyük taktil trekpad ilə təchiz edilib. Noutbukun dəqiq qiyməti və satışa çıxarılacağı tarix barədə məlumat hələlik açıqlanmayıb.






