SpaceX şirkəti 23 may tarixində Texasdakı Starbase meydançasından Starship V3 meqaraketinin və Super Heavy V3 sürətləndiricisinin ilk sınaq uçuşunu həyata keçirib. Bu, kompleksin 12-ci sınaq buraxılışı olmaqla yanaşı, həm də yeni Starbase Pad 2 meydançasından həyata keçirilən ilk uçuş kimi tarixə düşüb.
Uçuş zamanı raket ştat rejimdə yüksəlib və pillələrin ayrılması uğurla baş tutub. Mühərriklərdən birinin sönməsinə baxmayaraq, Starship V3 uçuşunu davam etdirib. Sürətləndiricinin konstruksiyasında edilən dəyişikliklər səbəbindən, təhlükəsizlik məqsədilə onun Meksika körfəzinə endirilməsi planlaşdırılmışdı. Sürətləndirici yanacağın tam tükənməməsi səbəbindən uçuşdan bir neçə dəqiqə sonra okeana düşüb.
Starship V3-ün əsas xüsusiyyətləri:
- Hündürlüyü təxminən 124 metr, diametri 9 metrdir.
- Aşağı Yer orbitinə təxminən 100 ton yük daşıma qabiliyyətinə malikdir.
- Tamamilə təkrar istifadə edilə bilən sistem kimi layihələndirilib.
Uçuşun davamında Starship V3 orbitdə bir sıra əməliyyatlar, o cümlədən Starlink peyk imitatorlarının yerləşdirilməsini həyata keçirib. Gəminin uçuşunun Hind okeanında, Qərbi Avstraliya sahillərində başa çatması nəzərdə tutulub. Bu sınaq SpaceX-in NASA-nın "Artemis" missiyaları, Marsa uçuşlar və Starlink peyklərinin kütləvi şəkildə orbitə çıxarılması kimi strateji hədəfləri üçün mühüm addım hesab olunur.






