21 iyul 2026-cı il tarixində Florida ştatındakı Cape Canaveral kosmodromundan həyata keçirilən uçuş zamanı “SpaceX” şirkətinin “Falcon 9” raketi orbitə “Mission Robotic Vehicle” (MRV) aparatını və üç ədəd “Mission Extension Pods” (MEP) modulunu çıxarıb. Bu missiya ABŞ Müdafiə Nazirliyinin (DARPA) və Hərbi Dəniz Qüvvələri Laboratoriyasının iyirmi ildən çox davam edən tədqiqatlarının nəticəsidir. Layihə artıq “Northrop Grumman” və ABŞ Kosmik Qüvvələrinin praktiki istismarına keçib.
Bu texnologiya necə işləyir?
MRV aparatı RSGS (Robotic Servicing of Geosynchronous Satellites) sistemi ilə təchiz olunub. Bu sistem peykləri zədələmədən tuta bilən iki manipulyatordan ibarətdir. Robotlar peyklərin raket daşıyıcısına birləşdiyi xüsusi halqadan istifadə edərək onları ələ keçirir. MEP modulları isə peyklərə əlavə mühərrik sistemi quraşdıraraq onların ömrünü 8 ilə qədər uzatmağa imkan verir.
Nə üçün bu missiya vacibdir?
Yeni sistemin ən böyük üstünlüyü, əvvəlcədən təmir üçün nəzərdə tutulmayan peyklərə də xidmət göstərə bilməsidir. “Optus” və “SES” kimi şirkətlərin peyklərində sınaqdan keçiriləcək bu texnologiya, bahalı kosmik aparatların əvəzlənməsinə ehtiyac qalmadan onların orbitdə təmirini və modernləşdirilməsini təmin edir. Gələcəkdə bu robotlar peyklərin orbitini dəyişdirmək və onların texniki vəziyyətini yoxlamaq üçün də istifadə olunacaq.






