İlon Maska məxsus SpaceX şirkəti raketləri izləyən “Qızıl günbəz” (Golden Dome) peyk sisteminin inşası üçün 4 milyard dollarlıq müqaviləyə imza atıb. Sözügedən şirkət artıq ABŞ-ın müdafiə sisteminin digər komponentlərinin hazırlanması istiqamətində də fəaliyyət göstərir.
Bu müqavilə SpaceX-in hərbi və müdafiə sənayesindəki rolunun daha da genişləndiyini göstərir. Şirkət hazırda ABŞ-ın strateji müdafiə layihələrində mühüm tərəfdaş kimi çıxış edir.






