Nubia şirkəti özünün yeni flaqman oyun smartfonu olan Redmagic 11S Pro-nun beynəlxalq bazara çıxarıldığını elan edib. Ötən ilin noyabrında təqdim olunan 11 Pro modeli ilə müqayisədə ciddi dəyişikliklər olmasa da, yeni cihaz daha güclü, overclock edilmiş Snapdragon 8 Elite Gen 5 Leading Version prosessoru ilə təchiz edilib.
Smartfonun texniki göstəriciləri əsasən əvvəlki modelə bənzəyir. Cihaz 7500 mAh batareya, 80W sürətli enerji yığma dəstəyi və ekranaltı kameraya malik 144Hz yenilənmə tezlikli displeylə təchiz olunub. Şirkətin AquaCore soyutma sistemi isə 24 000 RPM fırlanma sürətinə malik ventilyator və real maye soyutma texnologiyasını özündə birləşdirir.
Cihazın əsas xüsusiyyətləri:
- Maksimum 16GB RAM və 512GB daxili yaddaş.
- Şəffaf arxa panel dizaynı (artıq standart olaraq təqdim edilir).
- İyunun 10-dan etibarən satışa çıxarılır (erkən sifarişlər iyunun 3-dən başlayır).
ABŞ bazarında başlanğıc qiyməti 849 dollar olaraq müəyyən edilib. Qeyd edək ki, mayın 18-də Çində təqdim olunan versiyadan fərqli olaraq, beynəlxalq model hər iki Çin versiyasının hibrididir və texniki göstəricilərinə görə daha çox 11S Pro Plus modelinə yaxındır.






