Sony Interactive Entertainment şirkəti iyun ayı üçün PlayStation Plus abunəçilərinə təqdim olunacaq oyunların siyahısını elan edib. Bu dəfəki seçimdə əsas diqqəti Warhammer 40,000: Darktide kooperativ şuteri çəkir. Fatshark studiyası tərəfindən hazırlanan və 2022-ci ildə işıq üzü görən oyun PS5 istifadəçiləri üçün əlçatan olacaq.
Siyahıdakı digər oyunlar bunlardır:
- Grounded: Obsidian Entertainment tərəfindən hazırlanan kooperativ sağ qalma simulyatoru (PS4 və PS5 üçün).
- Nickelodeon All-Star Brawl 2: Məşhur personajların yer aldığı platforma döyüş oyunu (PS4 və PS5 üçün).
Bundan əlavə, may ayı siyahısında yer alan EA Sports FC 26 futbol simulyatoru 2026-cı il Dünya Çempionatı ərəfəsində daha iki həftə — iyunun 16-dək abunəlikdə qalacaq.
İstifadəçilər sosial şəbəkələrdə və şərh bölmələrində bu seçimlərdən narazılıqlarını ifadə ediblər. Abunə qiymətlərinin artmasına baxmayaraq, oyunların keyfiyyətinin aşağı düşdüyünü qeyd edən oyunçular yeni siyahını qaneedici hesab etmirlər. Qeyd edək ki, iyun ayı oyunları 2 iyundan 6 iyul tarixinədək aktiv olacaq.






