Reddit forumunun istifadəçisi olan "wewillmakeitnow" ləqəbli şəxs PlayStation 4 Slim konsolunu portativ formata gətirən layihəsini təqdim edib. Bir il vaxt aparan bu işin əsas məqsədi cihazın sabit performansını qoruyaraq uzunmüddətli oyun sessiyaları üçün yararlı hala gətirilməsi olub.
Layihənin ən çətin hissəsi PS4-ün böyük ana platasını daha kompakt korpusa yerləşdirmək olub. Bunun üçün müəllif platadan "artıq" hesab etdiyi hissələri kəsərək çıxarıb. Bundan əlavə, konsolun proqram təminatının yenilənməsi üçün vacib olan Blu-ray diskovod çipi saxlanılıb və "PS4 Portable Update Card" adlı çıxarıla bilən modul vasitəsilə inteqrasiya edilib.
Cihazın soyutma sistemi də əhəmiyyətli dərəcədə dəyişdirilib: istilik boruları yaddaş, VRM, SSD və cənub körpüsü kimi komponentləri də əhatə edir. 3S2P konfiqurasiyalı batareya ilə təchiz olunan konsolun iş qabiliyyəti oyunlardan asılı olaraq dəyişir. Müəllifin sözlərinə görə, 1080p icazəsində Uncharted 4 oynayarkən cihaz təxminən bir saat yarım, Rayman Legends oynayarkən isə üç saata yaxın enerji saxlaya bilir.






