Paralives Studio tərəfindən hazırlanan və uzun müddətdir gözlənilən həyat simulyatoru Paralives, 25 may tarixində Steam platformasında erkən girişə təqdim olunub. Oyunun buraxılışı ilə yanaşı, tərtibatçılar maraqlı bir geympley treyleri də nümayiş etdiriblər.
Hazırda Steam-də 250-dən çox rəy toplayan oyun 70%-lik müsbət reytinqə sahibdir. İstifadəçilərin bir çoxu oyunu The Sims seriyasının rəqibi kimi qiymətləndirir. Oyunçuların rəylərində qeyd olunan əsas məqamlar bunlardır:
- Müsbət tərəflər: Oyunun böyük potensialı və münasib qiyməti.
- Mənfi tərəflər: Performans problemləri, ciddi səhvlər (baqlar), kontent çatışmazlığı və rus dilinin olmaması.
Oyunun startı uğurlu hesab edilə bilər: Paralives eyni anda 78,5 min oyunçunu cəlb edərək, The Sims 4-ün 2022-ci ildəki 96,3 minlik nəticəsinə yaxınlaşıb. Tərtibatçılar tam versiyanın təxminən iki il sonra buraxılacağını və oyunun ödənişli DLC-lərdən azad olacağını vəd edirlər.






