"Time" jurnalının hazırladığı yeni siyahıda "Nvidia" 97,51 xalla dünyanın ən yaxşı şirkəti seçilib. İlk üçlüyü 93,16 xalla "Apple" tamamlayır. Reytinq tərtib edilərkən şirkətlərin maliyyə göstəriciləri, işçi heyətinin məmnuniyyəti və ətraf mühitə təsir amilləri bərabər şəkildə nəzərə alınıb.
Şirkətlərin reytinq göstəriciləri necə formalaşıb?
"Apple" şirkəti xüsusilə gəlir artımı tempinə görə yüksək qiymətləndirilib. İyul ayında şirkət illik müqayisədə 10 % gəlir artımı nümayiş etdirib ki, bu da 2021-ci ildən bəri ən yaxşı nəticədir. Lakin ekoloji dayanıqlılıq sahəsində şirkət 24-cü yerə enib, işçi məmnuniyyəti reytinqində isə "Microsoft" və "IBM"-dən geri qalaraq üçüncü yerdə qərarlaşıb.
Texnologiya nəhəngləri siyahıda hansı mövqedədir?
Reytinqin ilk onluğunda digər texnologiya nəhəngləri də yer alıb: "Meta Platforms" dördüncü, "Microsoft" altıncı, "Deutsche Telekom" yeddinci, "AMD" isə onuncu yerdədir. "AMD"-nin uğuruna süni intellekt sahəsindəki tələbat və "EPYC" prosessorlarının satışından əldə edilən 50 %-lik gəlir artımı təkan verib. Digər tərəfdən, "Lenovo" 51-ci, "Dell" 114-cü, "Samsung Electronics" 153-cü, "TSMC" isə 182-ci pillədə qərarlaşıb. "Intel" korporasiyası isə bu siyahıya ümumiyyətlə daxil ola bilməyib.






