NASA-nın "X-59" eksperimental təyyarəsi 5 iyun 2026-cı il tarixində ilk dəfə səs sürətini aşaraq 1,1 Max (1148 km/saat) sürətinə çatıb. 13 228 metr yüksəklikdə həyata keçirilən uçuş zamanı təyyarə müşayiətçi "F15" qırıcısının fonunda belə demək olar ki, eşidilməyib. Ümumilikdə 81 dəqiqə davam edən sınaq uçuşu, gəminin idarəetmə və manevr qabiliyyətinin yüksək olduğunu təsdiqləyib.
Bu texnologiya necə işləyir?
"X-59"-un əsas məqsədi səs sürətini keçərkən yaranan güclü şok dalğasını aradan qaldırmaqdır. Təyyarənin xüsusi dizaynı, xüsusilə də gövdəsinin üçdə birini təşkil edən uzun burun hissəsi, səs dalğalarının yerə deyil, göyə doğru yönəlməsini təmin edir. Nəticədə, adi səs partlayışı əvəzinə, avtomobil qapısının bağlanma səsinə bənzər daha yumşaq bir "səssiz çırpınma" effekti yaranır.
Növbəti mərhələdə nə gözlənilir?
NASA administratoru Cared Ayzekman bildirib ki, komanda son 90 gündə 16 uğurlu uçuş həyata keçirib. Yaxın günlərdə təyyarənin 16 764 metr yüksəklikdə 1,4 Max (1489 km/saat) kreyser sürətinə çatdırılması planlaşdırılır. Bu sınaqlar, gələcəkdə yaşayış məntəqələri üzərində kommersiya uçuşlarına icazə verilməsi üçün vacib olan səs-küy normalarının yenidən tənzimlənməsinə kömək edəcək.






