Son illər ərzində Microsoft digər texnologiya nəhəngləri ilə müqayisədə antimonopoliya iddialarından yayınmağı bacarıb. Lakin ABŞ Federal Ticarət Komissiyasının (FTC) apardığı araşdırmalar bu dövrün sona çata biləcəyini göstərir.
FTC-nin Microsoft-un rəqiblərinə göndərdiyi sorğular şirkətin xüsusilə Azure bulud xidmətləri və süni intellekt (AI) sahəsindəki rəqabətə zidd davranışları ilə bağlı narahatlıqları ortaya çıxarıb. 2024-cü ildə başlayan araşdırma hələlik rəsmi iddiaya çevrilməyib, lakin qurumun Microsoft-un lisenziyalaşdırma şərtləri və məhsulların qarşılıqlı işləmə qabiliyyəti ilə bağlı topladığı məlumatlar prosesin ciddiliyindən xəbər verir.
Microsoft-un sözçüsü Aleks Haurik şirkətin FTC ilə tam əməkdaşlıq etdiyini və onların fəaliyyətinin rəqabəti təşviq etdiyini bildirib. Buna baxmayaraq, rəqib şirkətlər, o cümlədən Google, Microsoft-u öz dominant mövqeyindən istifadə edərək bulud bazarında haksız üstünlük qazanmaqda ittiham edir.
Ekspertlər qeyd edir ki, bu araşdırma Microsoft-un süni intellekt sahəsindəki gələcək strategiyasına və bazar payına ciddi təsir göstərə bilər. Şirkət hazırda Avropa Komissiyası, Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi və Yaponiya Ədalətli Ticarət Komissiyası tərəfindən də oxşar yoxlamalarla üz-üzədir.






