Meta-nın yeni "Forum" tətbiqi Facebook qruplarını xüsusi bir platformaya daşıyır. 2017-ci ildə bağlanan Facebook Groups tətbiqinin müasir və süni intellektlə təchiz edilmiş versiyası kimi çıxış edən bu platforma, istifadəçilərə qrup daxilində məsləhətlər almaq, paylaşım etmək və axtarış aparmaq imkanı verir.
Tətbiqə Facebook hesabı ilə daxil olduqda, istifadəçinin üzv olduğu qruplar avtomatik olaraq lentə yüklənir. Reddit-ə bənzər bir interfeysə sahib olan "Forum"da, istifadəçilər həmçinin üzv olmadıqları qruplar üçün də təkliflər görürlər. Platformanın ən diqqətçəkən özəlliyi isə "Ask" (Sorğu) bölməsində yerləşən süni intellekt çatbotudur.
Süni intellektin rolu:
- Google-un "AI Overview" funksiyasına bənzər şəkildə, çatbot Facebook qruplarındakı paylaşımlardan istifadə edərək suallara cavab verir.
- İstifadəçilər süni intellektin verdiyi cavabların mənbəyi olan orijinal paylaşımlara keçid edərək müzakirələri tam şəkildə izləyə bilirlər.
Meta-nın kommunikasiya meneceri Feryal Hemamda bildirib ki, şirkət istifadəçilərin maraq və ehtiyaclarını müəyyən etmək üçün mütəmadi olaraq yeni məhsulları ictimaiyyətə təqdim edərək test edir.






