Ötən qış Metal Gear Solid 4: Guns of the Patriots oyununun PS3 platformasından kənara çıxacağını təsdiqləyən Konami, nəhayət, oyunun PS5 versiyasına aid 52 dəqiqəlik oyun prosesini təqdim edib. Görüntülər Yaponiyanın "Washagana TV" YouTube kanalı tərəfindən yayımlanıb.
Paylaşılan videoda oyunun ilk aktı nümayiş olunur. Layihənin yeni versiyası 60 kadr/s (FPS) sürəti və 720p-dən yüksək keyfiyyətli təsvir imkanı ilə diqqət çəkir. Oyunun texniki göstəricilərindən razı qalan pərəstişkarlar, klassik oyunun müasir platformada işləməsinə müsbət rəy bildiriblər.
Metal Gear Solid: Master Collection Vol. 2 toplusuna daxil olacaq oyunlar:
- Metal Gear Solid 4: Guns of the Patriots
- Metal Gear Solid: Peace Walker
- Metal Gear: Ghost Babel
Topluya həmçinin müxtəlif rəqəmsal bonuslar və saundtreklər də daxildir. 27 avqust 2026-cı ildə satışa çıxacaq kolleksiyanın qiyməti 50 dollar olaraq müəyyən edilib. Oyun PC (Steam), PS5, Xbox Series X/S, Nintendo Switch və Switch 2 platformalarında istifadəyə veriləcək.






