Cənubi Koreyanın milli messenceri olan KakaoTalk-un sahibi Kakao Corp korporasiyası Rusiyada müvafiq brendin qeydiyyatı üçün Rospatent-ə müraciət ünvanlayıb. Bu barədə məlumat Rusprofile xidməti tərəfindən dərc edilib.
Ticarət nişanının istifadə sahələrinə proqram təminatı və tətbiqlər, reklam xidmətləri, mesajlaşma, eləcə də sosial şəbəkə xidmətləri daxildir. 2010-cu ildən fəaliyyət göstərən və Apple iOS, Google Android, həmçinin fərdi kompüterlər üçün əlçatan olan bu pulsuz messencer vasitəsilə mesaj mübadiləsi və zənglər həyata keçirmək mümkündür.
Qeyd edək ki, WhatsApp və Telegram-da müşahidə olunan məhdudiyyətlərdən sonra KakaoTalk Rusiyada istifadəçi sayı sürətlə artan platformalardan birinə çevrilib. Ekspertlərin hesablamalarına görə, alternativ axtarışında olan rusiyalı istifadəçilərin Asiya mənşəli xidmətlərə marağı 60% artıb.






