"Unfrozen" studiyası Heroes of Might & Magic: Olden Era taktiki strategiyasının erkən giriş müddətində inkişaf planlarını dörd mərhələyə bölərək açıqlayıb.
Erkən girişin ilk mərhələləri
2026-cı ilin üçüncü rübündə oyunçuları kooperativ rejim, təkmilləşdirilmiş təsadüfi xəritə generatoru və qəhrəman bacarıqlarında dəyişikliklər gözləyir. Dördüncü rübdə isə oyunçu seçimi sistemi, epik siniflər, müşahidəçi rejimi və balans düzəlişləri tətbiq olunacaq.
Gələcək yeniliklər və 1.0 versiyası
Üçüncü mərhələdə oyunun əsas yenilikləri planlaşdırılır:
- Yeraltı xəritə səviyyəsi və yeni musiqi mövzuları;
- Düşmənlər haqqında məlumat toplamağa imkan verən Oğrular gildiyası;
- Səkkizinci səviyyəli neytral canlılar;
- "Dəmir adam" (Iron Man) rejimi ilə genişləndirilmiş kampaniya;
- Maksimal sehr səviyyəsinin beşə qaldırılması və PvP üçün yeni şərtlər.
Dördüncü mərhələ oyunun tam versiyası olan 1.0-ın buraxılışını əhatə edir. Bu mərhələdə kampaniyanın ikinci və üçüncü aktları, "Rouglike" PvE rejimi, istifadəçi xəritələrinin mübadiləsi və yeni Steam nailiyyətləri təqdim ediləcək.
Xatırladaq ki, 30 apreldə Steam, Microsoft Store və Game Pass platformalarında yayımlanan oyun qısa müddətdə 650 min nüsxə satılaraq istifadəçilərdən 88% müsbət rəy alıb.






