“A Minecraft Movie” filminin davamı rəsmi olaraq “A Minecraft Movie Squared” adlandırılıb. Yeni layihədə Kirsten Dunst oyunun məşhur qadın personajı olan Alex rolunu ifa edəcək.
Birinci filmdə Nitwit obrazını səsləndirən Mett Berri isə bu dəfə daha böyük bir rolla ekranlara qayıdır. Onun hansı obrazı canlandıracağı hələlik gizli saxlanılsa da, yayımlanan kadrlar Berrinin Cek Blekin canlandırdığı Stiv obrazının mənfi əksi olan Herobrine rolunda ola biləcəyinə işarə edir.
Rejissor Cared Hess və Mojang-ın yaradıcı direktoru Yens Bergensten “Minecraft Live” tədbiri çərçivəsində “Minecraft Movie Build Challenge” müsabiqəsini də elan ediblər. Müsabiqə qalibinin əl işi filmin son titrlərində nümayiş olunacaq. Qalib gələn yaradıcı işi 23 iyul 2027-ci ildə təqdim olunacaq “A Minecraft Movie Squared” filminin sonunda görmək mümkün olacaq.






