"Google" şirkəti reklamların şəffaflığını artırmaq üçün yeni bir addım atıb. Şirkətin cümə axşamı verdiyi açıqlamaya görə, istifadəçilər artıq "My Ad Center" bölməsində reklamların süni intellekt vasitəsilə yaradılıb və ya redaktə edildiyini görə biləcəklər. Bu məlumatı əldə etmək üçün reklamın üzərindəki üç nöqtəyə və ya məlumat düyməsinə klikləyərək "bu reklam necə yaradılıb" tabına daxil olmaq kifayətdir.
Şirkət özünün yaratdığı generativ süni intellekt alətləri ilə hazırlanan reklamlar üçün bu etiketi avtomatik tətbiq edəcək. Digər platformalarda yaradılan süni intellekt məzmunlu reklamlar üçün isə reklamverənlər etiketi əllə əlavə etməlidirlər. Bəzi regionlarda bu etiketlər birbaşa reklamın üzərində də görünə bilər.
Bu yenilik rəqəmsal reklam dünyasında süni intellektin istifadəsi ilə bağlı artan narahatlıqları aradan qaldırmağa xidmət edir. "Meta" şirkəti də oxşar "AI info" etiketini öz platformalarında tətbiq edib. Bundan əlavə, "Google" 2024-cü ildə siyasi reklamlarda sintetik məzmunun açıqlanması tələbini irəli sürmüş və "SynthID" ilə "C2PA" texnologiyalarını genişləndirmişdi.






