Ferrari şirkəti öz tarixində ilk dəfə tam elektrik mühərrikli Luce modelini təqdim edib. Avtomobilin həm xarici, həm də daxili dizaynı LoveFrom şirkətindən olan tanınmış dizaynerlər Coi Ayv (Jony Ive) və Mark Nyuson (Marc Newson) tərəfindən hazırlanıb.
Alüminium kuzov üzərində qurulan avtomobilin uzunluğu 5027 mm, hündürlüyü isə 1544 mm-dir. Aerodinamik göstəricilərə xüsusi diqqət yetirilən modeldə tunel tipli ön və arxa spoylerlər, həmçinin aktiv radiator barmaqlıqları tətbiq edilib. Beş nəfərlik salonda rəqəmsal cihazlar paneli və sürücü ilə sərnişin arasında dönə bilən mərkəzi sensor ekran yer alıb.
Texniki göstəricilər:
- Güc: 1035 at gücü (ön mühərriklər 282 a.g., arxa mühərriklər 831 a.g.).
- Dinamika: 0-dan 100 km/saat sürətə 2,5 saniyəyə, 200 km/saata isə 6,8 saniyəyə çatır.
- Batareya: 122 kVt/saat tutumlu batareya 800 voltluq arxitektura ilə 350 kVt-a qədər sürətli şarjı dəstəkləyir.
- Mənzil: WLTP standartına görə 530 km, EPA standartına görə isə 450 km-dir.
Ferrari Luce modelində xüsusi səs sistemi də hazırlanıb ki, bu da arxa oxdan gələn səsləri emal edərək sürücüyə ötürür. Avtomobilin qiyməti təxminən 550 000 avro təşkil edir və satışına bu il başlanılması planlaşdırılır.






