Epic Games şirkəti Unreal Engine 6 mühərriki ilə bağlı planlarını hələ 2025-ci ildə açıqlamışdı. İndi isə bu yeni texnologiyanın tətbiq olunacağı ilk oyun rəsmən məlum olub. Psyonix studiyası tərəfindən hazırlanan və hazırda Unreal Engine 3 bazasında işləyən Rocket League çoxnəfərli arkada oyunu yeni mühərrikə keçid edəcək.
Bu barədə məlumat Rocket League Championship Series 2026: Paris Major kiberidman turniri çərçivəsində verilib. Təqdimat zamanı nümayiş olunan 35 saniyəlik tizerdə yenilənmiş mühit və avtomobil modelləri əks olunub. Videoda "Yeni era. Yeni mühərrik. Rocket League. Unreal Engine 6" şüarı səsləndirilib.
Mütəxəssislər və PC Gamer nəşri Epic Games-in ilk nümayiş üçün Fortnite əvəzinə Rocket League-i seçməsini maraqlı addım kimi qiymətləndirib. Qeyd edək ki, Fortnite artıq 2021-ci ildən etibarən Unreal Engine 5 mühərriki ilə fəaliyyət göstərir və hazırda ciddi yenilənməyə ehtiyac duymur.






