Avqust ayında istifadəyə verilən və böyük populyarlıq qazanan “Big Walk” kooperativ multiplayer oyunu, gözlənilməz bir qərarla gündəmə gəlib. Oyunun tərtibatçısı olan “House House” studiyası, layihənin “Xbox” konsollarında yayımlanmayacağını rəsmi bloq yazısı ilə elan edib. Şirkət bu qərarın Fələstin rəhbərliyi tərəfindən idarə olunan BDS (Boykot, Divestment, Sanctions) hərəkatının çağırışlarına uyğun olaraq verildiyini bildirib.
BDS hərəkatı ötən ilin iyun ayında “Microsoft” şirkətini İsrail ordusu və hökuməti ilə bağladığı müqavilələrə görə əsas hədəflərdən biri kimi müəyyən edib. Boykot çağırışları xüsusilə “Xbox” konsollarını, “Game Pass” abunəliklərini və “Microsoft” tərəfindən istehsal olunan oyun aksesuarlarını əhatə edir. “House House” komandası bu addımın dostların birgə oyun oynaması niyyətinə zidd olduğunu etiraf etsə də, kollektiv fəaliyyətin gücünə inandıqlarını vurğulayıb.
Maraqlı məqamlardan biri odur ki, “Big Walk” oyunu “Steam” platforması vasitəsilə “Windows” əməliyyat sistemində oynanıla bilir. Tərtibatçıların oyunu “Windows” platformasından niyə çıxarmadıqları hələlik aydın deyil. “House House” nümayəndələri “Microsoft” və ya “Xbox” boykot siyahısından çıxarılana qədər bu mövqedə qalacaqlarını bəyan ediblər.






