TikTok, Instagram və Facebook kimi platformalarda son dövrlər diqqət çəkən yeni bir dələduzluq növü yayılıb. Süni intellekt (Sİ) tərəfindən yaradılmış, lakin real insan təəssüratı bağışlayan profillər, guya əl işi olan məhsulları satmaq adı ilə istifadəçiləri aldadır. Əslində isə bu məhsullar “Shein” kimi saytlarda dəfələrlə ucuz qiymətə satılan kütləvi istehsal mallarıdır.
Emosiya manipulyasiyası və rəqəmsal irqçilik
Mütəxəssislər bu yanaşmanı “empsiya tələsi” adlandırırlar. Süni intellektlə yaradılmış obrazlar çətin vəziyyətdə olan kiçik sahibkar qadın obrazına girərək izləyicilərin rəğbətini qazanmağa çalışır. Tədqiqatçı Cienna Davis bu vəziyyəti “rəqəmsal blackface” (rəqəmsal qara dərili maskası) adlandıraraq, bunun şəxsi və ya iqtisadi mənfəət üçün qara dərili insanların mədəniyyətinin və mübarizəsinin istismar edilməsi olduğunu bildirir.
Dələduzluğu necə tanımaq olar?
Süni intellektlə yaradılmış bu videoları bir neçə əlamətlə müəyyən etmək mümkündür:
- Emosional uyğunsuzluq: Obrazın səsi və üz ifadələri bir-biri ilə uzlaşmır, mimikalar robotlaşmış görünür.
- Texniki qüsurlar: Videolarda əşyaların forması dəyişir, göz yaşı silinərkən maye izi yox olur və ya qeyri-təbii hərəkətlər müşahidə olunur.
- Məzmunun təkrarlanması: Eyni ssenari və arxa fon fərqli profillərdə, fərqli adlarla təkrar-təkrar paylaşılır.
Riddance.ai təşkilatının rəhbəri Ceremi Karrasko hər gün təxminən 100-ə yaxın belə hesabın yaradıldığını təxmin edir. Mütəxəssislər sosial media platformalarının bu cür saxtakarlıqlara qarşı daha ciddi moderasiya və etiketləmə sistemləri tətbiq etməli olduğunu vurğulayırlar.






