Acer şirkəti Linux əməliyyat sistemi ilə işləyən və əsasən PC oyunlarının yayımlanması üçün nəzərdə tutulan Nitro Blaze Link adlı yeni əl konsolunu təqdim edib. Şirkət bu cihazı Steam Deck kimi müstəqil oyun platforması deyil, daha çox PC üçün bir növ "PlayStation Portal" bənzəri köməkçi qurğu kimi xarakterizə edir.
2026-cı ilin dördüncü rübündə satışa çıxarılması planlaşdırılan cihazın texniki göstəriciləri aşağıdakı kimidir:
- Ekran: 7 düym (1920 x 1200)
- Bağlantı: Wi-Fi 6
- RAM: 1GB LPDDR4
- Yaddaş: 8GB eMMC
Cihazın texniki xüsusiyyətləri oyunların yerli şəkildə işlədilməsi üçün kifayət etmir, çünki Nitro Blaze Link birbaşa oyun axını (streaming) üçün hazırlanıb. Logitech-in bir neçə il əvvəl təqdim etdiyi G Cloud modelinə bənzəyən bu cihazın qiyməti hələlik açıqlanmayıb. Lakin mütəxəssislər, aşağı texniki göstəricilərin cihazın qiymətini bazardakı digər oyun konsollarına nisbətən daha münasib edə biləcəyini proqnozlaşdırırlar.






