Acer şirkəti "yüksək məhsuldarlığı hər kəs üçün əlçatan edən" yeni 16 düymlük Nitro 16 oyun noutbukunu təqdim edib. Bu model Acer-in AMD Ryzen 9 9955HX3D prosessoru və Nvidia GeForce RTX 5070 Ti qrafik prosessoru ilə təchiz edilmiş ilk oyun noutbukudur.
Cihazın texniki göstəriciləri aşağıdakı kimidir:
- Yaddaş: 32 GB-a qədər operativ yaddaş və iki ədəd 1 TB-lıq M.2 SSD dəstəyi.
- Ekran: 16 düymlük WQXGA (2560 × 1600 piksel) keyfiyyətli, 240 Hz yeniləmə tezliyi və 3 ms cavab müddətinə malik panel. Ekran 100% sRGB rəng əhatə dairəsini təmin edir.
- Soyutma: Vector istilik boruları ilə təchiz edilmiş iki ventilyatorlu soyutma sistemi.
- Portlar: USB 4 Type-C, iki ədəd USB 3.2 Gen 2 Type-A, USB 2.0, HDMI 2.1, microSD kart oxuyucusu və 3.5 mm-lik audio yuvası.
- Əlaqə: Wi-Fi 6 RZ616, Intel Killer Ethernet E3100G və Bluetooth 5.3 dəstəyi.
DTS:X Ultra dəstəkli stereo dinamiklərə sahib noutbukun çəkisi 2,5 kq, qalınlığı isə 22-28 mm arasındadır. İstifadəçilər sistemin məhsuldarlığını və ventilyatorların işini Acer NitroSense proqramı vasitəsilə idarə edə bilərlər.






