Danimarkanın IO Interactive studiyası tərəfindən hazırlanan və "Hitman" seriyası ilə tanınan "007 First Light" casus döyüş oyunu rəsmi buraxılış ərəfəsində tənqidçilərin ilk rəylərini alıb. Metacritic aqreqatorunda 70-dən çox rəy əsasında oyun PC-də 87%, PS5-də isə 88% orta bal toplayıb. OpenCritic platformasında isə jurnalistlərin 100%-i oyunu tövsiyə edir.
Bu nəticələrlə "007 First Light" son "Hitman" trilogiyasını və əfsanəvi "GoldenEye 007" istisna olmaqla, bütün digər "Ceyms Bond" oyunlarını geridə qoyub. Rəyçilər oyunun maraqlı hekayəsini, personajlarını, döyüş sistemini və səviyyə dizaynını yüksək qiymətləndiriblər.
Oyunun əsas məqamları:
- Müsbət tərəflər: Detallara diqqət, qrafika, oyun prosesindəki müxtəliflik.
- Mənfi tərəflər: Hekayənin templərindəki balanssızlıq, aşağı çətinlik dərəcəsi, süni intellekt və texniki performans problemləri.
Oyunun ümumi davamiyyəti 15-20 saat təşkil edir. "007 First Light" 27 may tarixində PC (Steam, Epic Games Store), PS5 və Xbox Series X/S platformaları üçün satışa çıxarılır. Nintendo Switch 2 versiyasının isə yay aylarında buraxılması planlaşdırılır.






