Populyar messencer "WhatsApp" platformasında yeni dövr başlayır. Şirkət istifadəçilərə telefon nömrələrini açıqlamadan digər şəxslərlə əlaqə saxlamağa imkan verən istifadəçi adları funksiyasını təqdim edir. Bu yenilik, xüsusilə kontakt siyahısında olmayan şəxslərlə yazışarkən məxfiliyi qorumaq məqsədi daşıyır.
İstifadəçilər artıq bu həftədən etibarən öz istifadəçi adlarını rezervasiya edə bilərlər. "WhatsApp" rəsmiləri bildirib ki, üç milyarddan çox istifadəçisi olan platformada adların üst-üstə düşmə ehtimalı yüksəkdir, buna görə də erkən rezervasiya imkanı yaradılıb. Yeni funksiya ilin sonuna qədər mərhələli şəkildə bütün ölkələrdə aktivləşdiriləcək.
Siz "Ayarlar" > "Hesab" > "İstifadəçi adı" bölməsinə keçərək öz adınızı qeydiyyatdan keçirə bilərsiniz. Şəxslər və təşkilatlar saxtakarlığın qarşısını almaq üçün öz "Instagram" və ya "Facebook" istifadəçi adlarını "WhatsApp"-da da istifadə edə bilərlər. Qeyd edək ki, tanınmış şəxslərin və siyasətçilərin adları artıq sistem tərəfindən qorunmaya alınıb.
Məxfilik tədbirləri çərçivəsində, "WhatsApp" həmçinin "isteğe bağlı istifadəçi adı açarı" funksiyasını da tətbiq edir. Bu, kimin sizə mesaj göndərə biləcəyinə nəzarət etməyə kömək edir. Nəzərə alın ki, bu funksiya yalnız yeni söhbətlər üçün keçərlidir; əvvəlcədən nömrənizi bildiyiniz şəxslər üçün nömrəniz görünməyə davam edəcək.






