"Ubisoft" şirkəti tərəfindən "Steam" platformasında satışa çıxarılan "Герои Меча и Магии III" oyununun tam nəşri texniki qüsurla yadda qalıb. 26 avqust 2026-cı il tarixində baş tutan reliz zamanı istifadəçilər oyunu yüklədikdə yalnız 23,49 KB ölçüsündə işə düşməyən faylla qarşılaşıblar. Bu səhv səbəbindən oyunun "Steam"-dəki reytinqi dərhal düşərək 35%-ə qədər geriləyib və istifadəçilər tərəfindən "əsasən mənfi" rəylər alıb.
Uzun illərdir ki, pərəstişkarlar oyunun orijinal versiyasını yalnız "GOG" platformasında əldə edə bilirdilər, çünki 2015-ci ildə buraxılan "Steam" versiyasında genişləndirmələr və təsadüfi xəritə generatoru yox idi. 10 ABŞ dolları dəyərində təqdim edilən yeni tam nəşr bu boşluğu doldurmalı olsa da, şirkətin diqqətsizliyi oyunçuları məyus edib. Hazırda "Ubisoft" oyun fayllarını platformaya əlavə edərək problemi aradan qaldırıb və reytinqlər tədricən bərpa olunmağa başlayıb.
Qeyd edək ki, "Ubisoft" eyni zamanda "Heroes of Might & Magic III Remake" adlı yeni layihəsini də anons edib. Üçölçülü qrafika ilə hazırlanacaq bu yenilənmiş versiyanın 2027-ci ildə "PC", "PS5", "Xbox Series X" və "S" platformalarında işıq üzü görməsi planlaşdırılır.






