"The Blood of Dawnwalker" adlı yeni vampir rol oyununa çıxan ilk modlardan biri oyunçuların diqqətini çəkib. Nexus Mods platformasında yayımlanan "Geralt Face Swap for Coen" adlı mod, oyunun əsas personajının görünüşünü tamamilə dəyişərək onu CD Projekt Red-in məşhur qəhrəmanı Geralt-a bənzədir. Little0nion tərəfindən hazırlanan bu layihə artıq 1.1 versiyasına qədər yenilənib.
Modun müəllifi bildirir ki, Geralt-ın üz modeli MetaHuman texnologiyası əsasında hazırlanıb və tam skelet strukturuna malikdir. Bu texniki yanaşma sayəsində personajın mimikaları, dodaq hərəkətləri və vampirə çevrilmə animasiyaları orijinal oyunun mexanikası ilə mükəmməl uyğunlaşır. Bundan əlavə, qəhrəmanın göz rəngi sarı, saçları isə ağ rəngə dəyişdirilib.
Xatırladaq ki, 3 sentyabr tarixində PC, PS5, həmçinin Xbox Series X və S platformalarında satışa çıxan oyun böyük maraqla qarşılanıb. Steam platformasında 82% müsbət rəy alan oyun, cəmi iki gün ərzində 1 milyon nüsxə satılıb. Layihənin rəhbəri, The Witcher 3: Wild Hunt oyununun keçmiş rejissoru Konrad Tomaşkeviç olduğu üçün, oyunun atmosferinin "Witcher" seriyasına bənzəməsi təsadüfi deyil.






