"TDK" korporasiyası tərəfindən hazırlanan yeni ekran texnologiyası cəmi 150 nm qalınlığında olan düz meta-optik güzgüdən istifadə edir. Bu güzgü birbaşa eynək linzasına inteqrasiya olunur və 80%-ə yaxın işıq keçirmə qabiliyyəti sayəsində adi eynəklərlə eyni şəffaflığı təmin edir. Bu yenilik "ağıllı" eynəklərin gündəlik həyatda rahat istifadəsini mümkün edir.
Bu texnologiya necə işləyir?
Yeni sistem ənənəvi optikadan fərqli olaraq, əyrilik və qalınlıqdan asılı olmayan meta-səth strukturlarına əsaslanır. Subvoln miqyaslı süni atomlardan ibarət bu səth, lazer işığını istifadəçinin gözünə lazım olan istiqamətdə dəqiq yönəldir. Bundan əlavə, texnologiya kənar şəxslərin ekrandakı görüntünü görməsinin qarşısını alaraq yüksək məxfilik təmin edir.
Nə üçün bu kəşf vacibdir?
Ənənəvi DRP sistemləri mürəkkəb və bahalı konstruksiyaya malik idi, lakin "TDK"-nın meta-optik güzgüləri yarımkeçirici istehsal prosesləri ilə hazırlandığı üçün kütləvi istehsal üçün əlverişlidir. Şirkət "QD Laser" ilə əməkdaşlıq çərçivəsində 4K təsvir ölçüsünü dəstəkləyən tam rəngli lazer modulları üzərində işləyir. Hazırda monoxrom rejimdə işləyən prototipin yaxın illərdə tam rəngli versiyasının və kütləvi istehsalının reallaşdırılması planlaşdırılır.






