Rəqəmsal oyun platforması olan "Steam"-də maraqlı bir layihənin səhifəsi istifadəyə verilib. "Needle In A Haystack Simulator" adlanan bu oyun, oyunçulara 5 milyon ayrı-ayrı saman çöpü arasında gizlənmiş iynəni tapmaq kimi çətin bir tapşırıq verir. Geliştiricilərin sözlərinə görə, oyunun gedişatı tam olaraq adından göründüyü qədər çətin və monoton bir prosesi əks etdirir.
Oyunçular samanlıqda axtarış apararkən müxtəlif dəyərli əşyalar aşkar edə bilərlər. Bu əşyaların satışı nəticəsində əldə olunan vəsaitlə, axtarış prosesini sürətləndirən və samanları daha səmərəli idarə etməyə kömək edən xüsusi alətlər almaq mümkündür. Bununla belə, oyunçulara heç bir alət və ya avtomatlaşdırma olmadan, yalnız öz səyləri ilə iynəni axtarmaq imkanı da verilir.
Oyunun əsas xüsusiyyətləri nələrdir?
Layihənin ən diqqətçəkən tərəflərindən biri 8 nəfərə qədər dəstəklənən kooperativ rejimidir. Bu rejim sayəsində istifadəçilər dostları ilə birlikdə milyonlarla saman çöpünü birgə araşdıra bilərlər. Britaniyalı tərtibatçı Nas Nakarus və onun rəhbərlik etdiyi "Studio Bitdot" studiyası tərəfindən hazırlanan oyunun ilkin tizeri sosial şəbəkələrdə 53 milyondan çox baxış toplayıb.
"Needle In A Haystack Simulator" oyununun 2026-cı ilin dördüncü rübündə yalnız "PC" ("Steam") üçün satışa çıxarılması gözlənilir. "Valve" tərəfindən təqdim olunan məlumatlara görə, oyun hazırda yalnız ingilis dilini dəstəkləyir.






