"XCOM" seriyasının keçmiş art-direktoru Qreq Ferç tərəfindən idarə olunan Bit Reactor studiyası, gözlənilən "Star Wars Zero Company" oyunu ilə bağlı oyunçuların ən çox maraqlandığı sualları cavablandırıb. Klon müharibələrinin son dövrlərində cərəyan edəcək oyunda istifadəçilər Houks adlı keçmiş respublika zabitinin rəhbərlik etdiyi muzdlu dəstəni idarə edəcəklər.
Oyunun əsas xüsusiyyətlərinə gəldikdə, tərtibatçılar 30-40 saatlıq oyun müddəti və geniş fərdiləşdirmə imkanları vəd edirlər. Dəstə üzvləri üçün perma-death (daimi ölüm) rejimi standart olaraq aktiv olacaq, lakin istəyə görə bu funksiyanı söndürmək mümkün olacaq. Maraqlıdır ki, Houks obrazının cinsini, adını və xarici görünüşünü tənzimləmək mümkün olsa da, oyun boyu heç bir romantik xətt və ya qeyri-xətti süjet inkişafı nəzərdə tutulmayıb.
Oyunçuları nələr gözləyir?
"Star Wars Zero Company" layihəsi "Ulduz müharibələri" kainatında indiyədək yaradılmış ən böyük və interaktiv xəritələrdən birinə sahib olacaq. Ümumilikdə 150-dən çox lokasiyanı əhatə edən oyunda döyüşçülərin sinerjisi və taktiki inkişafı əsas rol oynayır. Layihə 27 avqust tarixində PC, "PlayStation 5", "Xbox Series X" və "S" platformaları üçün satışa çıxarılacaq.






