SpaceX şirkətinin IPO (ilkin kütləvi təklif) prosesinə hazırlıqları sürətlə davam edir. CNBC-nin məlumatına görə, hər bir səhmin 135 ABŞ dolları qiyməti ilə yerləşdirilməsi nəticəsində şirkətin ümumi kapitallaşması 1,77 trilyon ABŞ dollarına çatacaq. Bu göstərici İlon Mask-ın şirkətdəki payının dəyərini 866,5 milyard ABŞ dolları səviyyəsinə yüksəldəcək.
İlon Maskın sərvəti necə trilyon dollara çatır?
Hazırda İlon Mask-ın Tesla şirkətindəki səhmlərinin dəyəri 355 milyard ABŞ dolları təşkil edir. SpaceX-in IPO-su baş tutduqdan sonra onun hər iki şirkətdəki paylarının cəmi 1 trilyon ABŞ dolları həddini keçəcək. Forbes hazırda iş adamının sərvətini 826 milyard ABŞ dolları olaraq qiymətləndirir. Lakin Mask-ın IPO-dan sonra əldə edəcəyi səhmləri satması üçün 366 gün gözləməsi tələb olunacaq ki, bu da investorlarda inam yaradır.
"TeraFab" layihəsi və yerli əhalinin narahatlığı
Eyni zamanda, SpaceX-in Texas ştatında "TeraFab" adlı nəhəng çip fabriki tikmək planları ictimai müzakirələrə səbəb olub. Layihənin ilkin dəyəri 55 milyard ABŞ dolları olsa da, bu rəqəmin 119 milyard ABŞ dollarına qədər artması gözlənilir. Yerli sakinlər ətraf mühitə təsir və işıq çirklənməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Şirkət isə yerli büdcəyə vergi daxilolmalarının 25% artacağını və yeni iş yerlərinin yaradılacağını vəd edir.






