"Bethesda Game Studios" tərəfindən hazırlanan "The Elder Scrolls V: Skyrim" oyununda qarın tam deformasiyası son 15 il ərzində azarkeşlərin əsas arzularından biri olub. 2011-ci ildən bəri bir çox modder bu funksiyanı tətbiq etməyə çalışsa da, oyunun statik həndəsəsi və performans problemləri səbəbindən bu, qeyri-mümkün hesab edilirdi. Hətta 2023-cü ildə modder KainDracula bunun texniki cəhətdən mümkün olmaya biləcəyini qeyd etmişdi.
Bu yenilik necə işləyir?
İsveçli modder Cozef Rudberq (Josef Rudberg) nümayiş etdirdiyi oyun videoları ilə bu stereotipi sındırıb. Layihə sadəcə vizual dəyişiklik deyil, həm də tənzimlənən qarlı landşaft teksturalarını, qarın üzərində üçölçülü təbəqələri və yağıntı zamanı qarın öz formasını bərpa etməsi kimi funksiyaları özündə birləşdirir. Bu texniki həll oyunun performansına mənfi təsir göstərmədən interaktivliyi təmin edir.
İstifadəçilər bu yeniliyi necə qarşılayıb?
Oyun ictimaiyyəti bu xəbəri böyük həvəslə qarşılayıb və bəzi istifadəçilər zarafatla bunu "Skyrim 2" adlandırıblar. Hazırda beta-test mərhələsində olan layihənin rəsmi çıxış tarixi hələlik məlum deyil. Məlumdur ki, mod hazır olduqdan sonra məşhur "Community Shaders" qrafik modifikasiyası ilə tam uyğunluq təşkil edəcək.






