Finlandiyanın "Housemarque" studiyası ("Returnal" və "Nex Machina" oyunlarının yaradıcıları) "Sony Interactive Entertainment" nəşriyyatı ilə birlikdə "Saros" elmi-fantastik döyüş oyununun yeni treylerini yayımlayıb. 30 aprel tarixində yalnız "PS5" konsolu üçün eksklüziv olaraq buraxılacaq bu layihənin hadisələri məşum tutulmanın təsiri altına düşmüş dəyişkən Karkosa planetində cərəyan edir. Baş qəhrəman olan Soltari döyüşçüsü Arjun Devraj əsas məkanları tədqiq edərək özünə yaxın olan bir insanı tapmağa çalışır.
Oyunun ən diqqətçəkən xüsusiyyətlərindən biri "İkinci şans" adlanan əsas mexanikadır. Bu sistem oyunçunu ilk ölümdən sonra yenidən canlandıra bilir və onun dərhal döyüşə qayıtmasına imkan yaradır. Planeti kəşf edən qəhrəman yüksək texnologiyalı silahlardan istifadə edərək düşmənlərlə toqquşacaq. Tərtibatçıların sözlərinə görə, oyunçular "rəvan döyüş rəqsi" zamanı rəqiblərin hücumlarını dəf edə biləcəklər.
Yeni treyler "Housemarque" pərəstişkarları tərəfindən böyük rəğbətlə qarşılanıb və istifadəçilər relizi səbirsizliklə gözlədiklərini bildiriblər. Hətta michaelmyersplays4992 adlı istifadəçi şərh bölməsində
"İlin oyunu gəlir"deyə qeyd edib. "Saros" oyununun baza versiyası 70 ABŞ dolları qiymətinə satılacaq. Üç kosmetik əşya və relizdən 48 saat əvvəl oyuna giriş imkanı verən genişləndirilmiş nəşr isə bundan 10 ABŞ dolları daha baha olacaq.






