"Polaroid" şirkəti fotoqraflara daha geniş yaradıcılıq imkanları təqdim edən yeni "Polaroid Mod" ani çəkiliş kamerasını elan edib. Cihazın obyektivi ətrafında yerləşən xüsusi disk vasitəsilə istifadəçilər dörd fərqli yaradıcı rejim arasında keçid edə bilirlər. Bu effektlər birbaşa çəkiliş anında tətbiq olunur və dərhal çap edilir.
Yeni kamera hansı yaradıcı rejimləri təklif edir?
Yeni modeldəki yaradıcı rejimlər arasında ikiqat ekspozisiya və bölünmüş kadr funksiyaları xüsusi yer tutur. "İkiqat ekspozisiya" funksiyası iki müxtəlif səhnəni bir kadrda birləşdirir, "Bölünmüş kadr" isə obyektivin yarısını bağlayan xüsusi aksesuar vasitəsilə görüntünü iki hissəyə ayırır. Bundan əlavə, "Layt-art" funksiyası uzun ekspozisiya ilə işıq izlərini çəkməyə imkan verir, "Hərəkətin dondurulması" rejimi isə flaş sinxronizasiyası vasitəsilə hərəkətli obyektləri kəskin şəkildə fokuslayır.
Texniki xüsusiyyətlər və qiymət
"Polaroid Mod" həm "Polaroid i-Type", həm də "600" tipli plyonkalarla uyğun işləyir. 750 mAh tutumlu batareya tam enerji ilə 15 kassetə qədər, yəni 120 kadr çəkməyə imkan verir. Kamera 103 mm-lik standart və 95 mm-lik portret obyektivləri ilə təchiz olunub.
Hazırda "Polaroid"-in rəsmi onlayn mağazasında satışa çıxarılan cihazın qiyməti 169,99 ABŞ dolları təşkil edir. ABŞ-ın pərakəndə satış mağazalarında isə yeni məhsul 6 oktyabr tarixindən etibarən əlçatan olacaq.






