"Kojima Productions" tərəfindən hazırlanan və işçi adı "Physint" olan yeni nəsil casus döyüş oyunu ətrafında müzakirələr davam edir. Layihənin ilkin mərhələdə "PlayStation" tərəfindən maliyyələşdirilməsi planlaşdırılsa da, iki il sonra şirkət bu qərarından imtina edib. Nəticədə, oyunun inkişaf prosesini "Xbox" öz üzərinə götürüb.
Məşhur jurnalist Ceyson Şrayer və Kristofer Dring kimi nüfuzlu insayderlərin məlumatına görə, "Sony" üçün bu layihənin dəyəri yüz milyonlarla dollar təşkil edəcəkdi. "Tokyo Game Show 2026" sərgisində müzakirə olunan rəqəmlərə əsasən, büdcənin 400 milyon ABŞ dolları civarında olduğu bildirilirdi. Lakin "PlayStation" rəhbərliyi layihənin inkişaf sürəti və effektivliyindən narazı qaldığı üçün maliyyələşdirməni dayandırıb.
"Physint" layihəsinin büdcəsi nə qədərdir?
"Windows Central"-ın icraçı redaktoru Cez Korden təsdiqləyib ki, "Xbox" və "Kojima Productions" tərəfindən ayrılan büdcə 400 milyon ABŞ dollarından xeyli azdır. Bu əməkdaşlıq çərçivəsində oyunun daha səmərəli resurslarla hazırlanması hədəflənir. "Physint", studiyanın rəhbəri Hideo Kodzimanın 40 illik karyerasının zirvəsi və casus oyunları janrının yenidən kəşfi kimi təqdim olunur.
Layihənin 2030-cu ildən tez olmayaraq "PC" və "Xbox" konsolları üçün çıxarılması gözlənilir. Qeyd edək ki, "Kojima Productions" və "Xbox" arasında bağlanan müqavilə təkcə oyunları deyil, həm də "OD: Knock" adlı eksperimental qorxu oyunu daxil olmaqla, hər iki layihənin film və serial adaptasiyası hüquqlarını da əhatə edir.






