Yeni "Oppo A7 Pro Max 5G" smartfonu texnologiya bazarında özünün rekord göstəriciləri ilə diqqət çəkir. Cihazın ən əsas özəlliyi olan 10 000 mAh tutumlu batareya 80 Vt sürətli enerji yığma və 27 Vt əks enerji ötürmə funksiyalarını dəstəkləyir. Bundan əlavə, model IP69K sertifikatı ilə toz və suya qarşı yüksək dərəcəli müdafiə təmin edir.
Smartfon 6,78 düymlük AMOLED ekranla təchiz olunub ki, bu da FHD+ təsvir ölçüsü və 120 Hz-ə qədər adaptiv yenilənmə tezliyi təklif edir. Ekranın parlaqlığı 800 cd/m², yüksək parlaqlıq rejimində isə 1800 cd/m²-ə çatır. Cihazın təhlükəsizliyini təmin etmək üçün ekrana inteqrasiya edilmiş optik barmaq izi skaneri mövcuddur.
Texniki göstəricilərə gəldikdə, model 8 GB LPDDR4X operativ yaddaş və 256 GB UFS 3.1 daxili yaddaşla təchiz edilib. Foto və video çəkiliş üçün arxa tərəfdə optik stabilizasiyaya malik 50 MP-lik əsas kamera və 2 MP-lik monoxrom sensor yerləşir. Ön tərəfdə isə yüksək keyfiyyətli selfilər üçün 50 MP-lik kamera quraşdırılıb.
"Oppo A7 Pro Max 5G" bazara "Surfing Blue" (mavi) və "Lunar Black" (qara) rəng çalarlarında çıxarılıb. "Android 16" əməliyyat sistemi və "ColorOS 16" interfeysi ilə işləyən smartfonun qiyməti 563 ABŞ dollarından başlayır.






