"Nothing" şirkəti özünün yeni "Nothing OS 5.0" əməliyyat sistemini təqdim edib. Android 17 platforması əsasında qurulan bu yeniləmə, xüsusilə interfeys dizaynı və istifadəçi təcrübəsi baxımından bir sıra mühüm dəyişiklikləri özündə ehtiva edir. Yeniləmə ilk olaraq 26 avqust tarixində "Nothing Phone 3" üçün açıq beta versiyasında istifadəyə veriləcək.
Əsas yeniliklərdən biri adaptiv rənglərin tətbiqidir. İndi tətbiq nişanları və vidjetlər divar kağızının rəng çalarlarına uyğunlaşa bilir. Şirkət bildirir ki, bu funksiya "Nothing"-in ənənəvi monoxrom üslubunu qorumaqla yanaşı, istifadəçilərə daha rəngarəng interfeys yaratmağa imkan verir. İstifadəçilər istədikləri təqdirdə köhnə dizaynı saxlaya bilərlər.
Hansı yeni funksiyalar əlavə olunub?
- Glyph Interface: İşıqlandırma parametrlərini idarə etmək üçün xüsusi tətbiq yaradılıb.
- Fərdiləşdirmə: "Gooey" və "Micrographics" adlı yeni kilid ekranı saatları əlavə edilib.
- Essential AI: Süni intellekt imkanları, o cümlədən "Model Context Protocol" (MCP) dəstəyi genişləndirilib.
- İdarəetmə: Bir neçə tətbiq nişanını eyni anda seçib yerini dəyişmək və "Quick Settings" panelində Bluetooth-u bir toxunuşla idarə etmək mümkün olacaq.
Yeniləmə həmçinin "Away Time" və "Collector" kimi yeni vidjetləri, "Geist" şriftini və status barı üçün animasiyalı nişanları özündə birləşdirir. Qeyd etmək lazımdır ki, "Phone 1", "Phone 2" və "CMF Phone 1" modelləri bu yeniləməni almayacaq.






