“Netflix” platforması tərəfindən yayımlanan məlumata görə, çoxdan gözlənilən “Cyberpunk: Edgerunners 2” animasiya serialı 2026-cı ilin payızında izləyicilərin ixtiyarına veriləcək. İlk dəfə ötən ilin yayında “Anime Expo 2025” festivalında elan edilən layihə, “CD Projekt Red” və yaponiyanın “Trigger” studiyasının birgə əməkdaşlığı ilə ərsəyə gəlir.
Yeni personajlar və süjet xətti nədən bəhs edir?
Serialın ikinci mövsümü tamaşaçılara tamamilə yeni bir komandanı təqdim edəcək. Heyətə veteran muzdlu Uik Kinqsli, “İlan xalqı” klanından olan intiqamçı netranner Di, sənədli film rejissoru Roman Karaks və “Malström” dəstəsinin keçmiş korporativ üzvü Taliya Yanq daxildir. Hekayə yenə də “Nayt-Siti”-nin ən qaranlıq və təhlükəli guşələrində cərəyan edəcək.
Serial haqqında nəyi bilmək lazımdır?
Birinci mövsümdə olduğu kimi, ikinci mövsüm də ümumilikdə 10 seriyadan ibarət olacaq. Yaradıcı heyət serialın əvvəlki kimi sərt, brutal və gələcək dünyasına dair amansız bir baxış təqdim edəcəyini vəd edir. Layihə ilə bağlı yeni tizer-treylerin 29 iyun tarixində, saat 18:30-da (Moskva vaxtı ilə) təqdim olunması nəzərdə tutulur. Serialın tam təqdimatı isə 4 iyul tarixində “Anime Expo 2026” festivalı çərçivəsində baş tutacaq.






