«Microsoft» şirkəti uzun müddətdir gözlənilən «GTA VI» oyununun «Xbox Series X» və «S» konsolları üçün verilən ön sifarişlərindən kifayət qədər razıdır. Şirkətin baş strateqi Mэттью Болл-un sözlərinə görə, oyun artıq «Xbox» platforması üçün rekord göstəricilərə imza atıb və payız ayları ərzində bu rəqəmlərin daha da artacağı gözlənilir.
Son dövrlərdə mediada «PlayStation 5»-in ön sifarişlər baxımından «Xbox»-u əhəmiyyətli dərəcədə üstələdiyinə dair iddialar səsləndirilirdi. Lakin Mэттью Болл qeyd edib ki, şirkətin daxili təhlilləri ön sifariş payının mövcud konsol bazarındakı payları ilə tam uyğunluq təşkil etdiyini göstərir. Beləliklə, «Microsoft» yaranan fərqi bazar reallıqları ilə əsaslandırır.
Sensor Tower analitik şirkətinin məlumatlarına əsasən, sentyabrın 22-nə olan vəziyyətə görə, «Rockstar Games» artıq 5,66 milyon nüsxə «GTA VI» satışı həyata keçirib. Bu satışlardan əldə olunan ümumi gəlir 553 milyon ABŞ dolları təşkil edir. Satışların 71 faizi «PlayStation», 29 faizi isə «Xbox» istifadəçilərinin payına düşür.
Xatırladaq ki, «GTA VI» noyabrın 19-da satışa çıxarılacaq. Oyunun qiyməti 80 ilə 100 ABŞ dolları arasında dəyişir. Həmin tarixdə oyunla yanaşı, saundtrek albomu və oyun daxil olmayan xüsusi kolleksiya dəsti də 400 ABŞ dolları qiyməti ilə pərəstişkarlara təqdim olunacaq.






