"Meta" korporasiyası süni intellekt sahəsindəki mövqeyini gücləndirmək üçün iki yeni modelini — "Muse Wonder" və "Muse Wonder Full"-u təqdim edib. Yeni modellər artıq "Muse Code" abunəçiləri üçün əlçatandır, "Muse Wonder" isə həmçinin "Meta Model API" vasitəsilə təqdim olunur.
Yeni modellər rəqiblərini necə üstələyir?
Daxili sınaqların nəticələrinə görə, yeni modellər "GPT-6 Astra", "Claude Opus 5.5" və "Claude Fable 5.1" kimi rəqibləri ilə müqayisədə yüksək performans göstərir. "Personal Superintelligence Index" göstəricisində "Muse Wonder Full" 59,1 bal toplayaraq rəqiblərini geridə qoyub.
Proqramlaşdırma və hüquqi tapşırıqlarda üstünlük
Xüsusilə proqramlaşdırma sahəsində "Muse Wonder Full" əhəmiyyətli nəticələr əldə edib. "DeepSWE 1.1" testində 79 bal toplayan model, "SWE-Marathon" sınağında isə 57,5 bal nəticə göstərərək "GPT-6 Astra" və "Claude Opus 5.5"-i üstələyib. Bundan əlavə, "Harvey LAB-AA" hüquqi tapşırıqlar testində 13,1 bal toplayaraq rəqiblərinə böyük fərq atıb.
Gələcək planlar nələrdir?
"Meta" gələcəkdə "Wonder" arxitekturasını özünün "Muse" adlı süni intellekt agentinin əsası kimi istifadə etməyi planlaşdırır. Şirkət bu texnologiyanı əvvəlcə ödənişli abunəçilərə, daha sonra isə geniş auditoriyaya təqdim etməyi hədəfləyir. Bu addım korporasiyanın süni intellekt infrastrukturuna yatırdığı milyardlarla dollarlıq investisiyanın bir hissəsidir.






