"SpaceXAI" şirkətinin qurucusu İlon Mask özünün "X" sosial şəbəkəsindəki hesabında süni intellekt sahəsindəki yeni planlarını bölüşüb. İş adamının sözlərinə görə, avqust ayı ərzində istifadəçilərə iki fərqli və daha güclü "Grok" modeli təqdim olunacaq.
"Grok 4.6" və "Grok 4.7" modellərinin özəllikləri nələrdir?
İlk yenilik olan "Grok 4.6" modelinin təxminən 7 avqust tarixində buraxılması planlaşdırılır. 1,5 trilyon parametrə malik bu model, təkmilləşdirilmiş SFT və RL təlim mexanizmləri sayəsində istifadəçi sorğularına daha effektiv uyğunlaşa biləcək. Bu texnoloji yeniliklər modelin cavab keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq.
Bundan bir neçə həftə sonra isə daha güclü "Grok 4.7" versiyası istifadəyə veriləcək. 2,1 trilyon parametr həcminə sahib bu model, İlon Mask-ın qeyd etdiyi kimi, hər bir göstərici üzrə öz sələfindən üstün olacaq. Bir qədər daha yavaş işləməsinə baxmayaraq, modelin token effektivliyi daha yüksək səviyyədə olacaq.
Xatırladaq ki, "SpaceXAI" iyul ayının əvvəlində "Grok 4.5" modelini təqdim etmişdi. Həmin model xüsusilə proqramçılar, mühəndislər və texniki mütəxəssislər üçün nəzərdə tutulmuşdu. Yeni modellərin də kod yazma, süni intellekt agentlərinin idarə olunması və mürəkkəb intellektual tapşırıqların yerinə yetirilməsində əsaslı rol oynaması gözlənilir.






