"id Software" studiyasının keçmiş prodüseri Endryu Uillis, "Doom: The Dark Ages" oyununun "Revelations" adlı süjet əlavəsinin hazırlanması prosesində işçilərin üzləşdiyi çətinliklərdən danışıb. Onun sözlərinə görə, layihənin istehsalı həddindən artıq çox iş saatları ilə müşayiət olunub və bir çox əməkdaş üçün karyeralarının ən ağır dövrünə çevrilib.
Uillis bildirib ki, bəzi dövrlərdə gündəlik iş saatları 12-dən 17-yə qədər çatıb, həftəlik iş yükü isə 80 saata qədər yüksəlib. Bu vəziyyət birbaşa rəhbərlik göstərişindən deyil, qısa müddət ərzində yüksək keyfiyyətli məhsul ortaya qoymaq təzyiqindən irəli gəlib. İşçilər həm azarkeşlərin gözləntilərini doğrultmaq, həm də öz peşəkarlıqlarını qorumaq üçün bu çətin tempə dözməli olublar.
İxtisarlar niyə baş verdi?
Gərgin əməyin qarşılığında studiyanın gözlədiyi uğur yerinə, "Xbox" tərəfindən həyata keçirilən restrukturizasiya çərçivəsində kütləvi ixtisarlar baş verib. Nəticədə, aralarında Endryu Uillisin də olduğu 136 nəfər işdən çıxarılıb. Bu addım studiyanın heyətini 2016-cı ildəki "Doom" dövründəki səviyyəyə qədər azaldıb.
"Siz həyatınızdan və ruhunuzdan fədakarlıq edərək bir məhsul ortaya qoyursunuz, lakin sizi relizdən bir gün əvvəl işdən çıxarırlar. Bu, sadəcə vəhşilikdir," - deyə Uillis vurğulayıb.






